Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.
Bakı şəhərinin nə vaxt yaranmasının hələ də dəqiq məlum olmadığına baxmayaraq, qədim tarixə malik olması şübhəsizdir.
"9 MAY - QƏLƏBƏ GÜNU"
Gəncə Qarnizonu Zabitlər Evi 9 may-Faşizm üzərində qələbənin 70 illiyi münasibətilə veteranları təbrik edib
Gəncə Qarnizonu Zabitlər Evi 9 may-Faşizm üzərində qələbənin 70 illiyi münasibətilə veteranları təbrik edib. Böyük Qələbənin tarixə yazılmasında öz hünərləri ilə iz qoyanlar 70 il sonra da unudulmadıqlarını bir daha anlayıblar. Gəncə Qarnizonu Zabitlər Evinin kollektivi tərəfindən hədiyyələrlə sevindirilən veteranlar Davud Məmmədov, Tofiq Hüseynov, Yəhya Əliyev, Rüstəm Verdiyev, Bəşir Bağırov, Vəli Hüseynov və İmran Əsgərov olublar. Doğum günü də 9 may tarixinə təsadüf edən Vəli Hüseynov 416-cı Taqanroq diviziyasında iştirak etməsindən danışıb. Böyük Vətən Müharibəsi illərində Azərbaycan xaqının göstərdiyi hünər və şücaətləri fəxrlə dilə gətirib. Göygöl rayon Hacıməlik kəndində yaşayan İmran Əsgərov da xatirələrində Azərbaycanlı igidlərin partizan kimi döyüşdə qorxmazlığından danışıb. Qeyd edək ki, Böyük Vətən Müharibəsi veteranlarının hər il qələbə günündə Gəncə Qarnizonu Zabitlər Evi tərəfindən yad edilmələri artıq adət halını alıb. VİDEO SUJETLƏR:
Paylaş: |
» Kompaniya haqqında » Şirkətin strategiyası » Fəaliyyət istiqaməti » Bizimlə biznes » Tədbirlər |
» Reklam agentliyi » Məşğulluq agentliyi » Turizm agentliyi » Ticarət mərkəzi » Uşaq mərkəzi |
» Azərbaycan tarixi » Bakının tarixi » Gəncənin tarixi » Ziyarətgahlar » Videoçarxlar |
» Təhsil » Xaricdə təhsil » Müsabiqələr » Anonslar » Bizimlə əlaqə |
«GiM» SOSIAL ŞƏBƏKƏLƏR'DƏ |
|
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mutləqdir. Created by MiF Studio © 2008-2014 |